Sahibkarlığın inkişafına dəstəyin artırılması ilə bağlı daha bir seminar təşkil olunacaq

Sahibkarlığın inkişafına dəstəyin artırılması ilə bağlı daha bir seminar təşkil olunacaq
12:28 22 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Sahibkarlığın inkişafına dəstəyin daha da artırılması, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi, maraqlı tərəflərin gömrük işinin müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatlandırılması, o cümlədən beynəlxalq ticarət təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə əlverişli şərait yaradılması məqsədilə seminar təşkil olunacaq.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, dekabrın 25-də Dünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr” mövzusunda seminarın 2-ci mərhələsi keçiriləcək.
Seminarda iştirak etmək istəyən şəxslər Dövlət Gömrük Komitəsinin internet səhifəsinin (www.dgk.gov.az) “Sahibkarlara dəstək” blokuna daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR