Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 20-də saat 18 radələrində Biləsuvar şəhərində rayon sakinləri Azər Dəmirovun idarə etdiyi “QAZ-3110” və Məftun Zülfüqarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə M.Zülfüqarovun sərnişinləri - Biləsuvar şəhər sakini Taleh Ağarəhimov və Bakı şəhər sakini Solmaz İsmayılova xəstəxanaya yerləşdirilib. T.Ağarəhimov dekabrın 21-də orada ölüb.
Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.