Sabaha hava proqnozu: külək, duman, yağış

Sabaha hava proqnozu: külək, duman, yağış
13:06 22 Dekabr 2015
40 Şou
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda hava duman və çiskinli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  (ETSN) Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, dekabrın 23-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam buludluluğun artacağı gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-13 dərəcə, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı, günün ikinci yarısında isə. şimal və qərb rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 23 və 25-də Abşeron yarçadasında arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir birini əvəz etməsi metohəssas insanlar üçün əlverişsiz olacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42935

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR