"Çelsi"nin yeni baş məşqçisi Falkaoya inanır

"Çelsi"nin yeni baş məşqçisi Qus Hiddink Radamel Falkaonu yenidən heyətə qaytarmaq niyyətindədir.

Metbuat.az "The Telegraph"a istinadən xəbər verir ki, hollandiyalı mütəxəssis hücumçunun zədədən öncəki formasını bərpa edəcəyinə inanır. Bu səbəbdən də Hiddink Falkaoya start 11-liyində yer verə bilər.

Xatırladaq ki, Radamel Falkao baldır əzələsindəki zədə səbəbindən noyabr ayından bəri yaşıl meydanlardan uzaq düşüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR