“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclası keçirilib

15:53 22 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, Səxavət Quliyev, AZƏRTAC
Dekabrın 22-də Bakıda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə gənclər sahəsinə göstərilən dövlət qayğısından danışıb. Nazir bildirib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir və iqtisadi, humanitar, sosial tədbirlərin təşkilində, beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayır. Ölkə gənclərinin hərtərəfli inkişafının təmin edilməsi bu sahədə dövlət siyasətinin başlıca məqsədidir. Gənc nəslin mənəvi və fiziki sağlamlığı, vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərin intellektual inkişafı, cəmiyyətin ictimai həyatında fəal iştirakı, onların asudə vaxtının mənalı təşkili kimi məsələlər daim diqqət mərkəzindədir.
Azad Rəhimov qeyd edib ki, proqram ötən beş il ərzində uğurla icra olunub. Bu müddətdə həqiqətən çox əhəmiyyətli işlər görülüb və böyük nailiyyətlər qazanılıb. Bu işlərin ümumi əlaqələndirilməsi Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunsa da, tərəfdaşlarımızın əməyi olduqca böyükdür.
Sonra ötən beş ildə gənclər sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən videoçarx nümayiş olunub.
Videoçarxın nümayişindən sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev hesabat məruzəsi ilə çıxış edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_gencliyi_2011_2015_ci_illerde_Dovlet_Proqraminin_Alaqelendirme_Surasinin_iclasi_kechirilib-913308

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR