Bakı avtovağzalı yanvarın 5-dək gücləndirilmiş iş rejimində çalışacaq

Bakı avtovağzalı yanvarın 5-dək gücləndirilmiş iş rejimində çalışacaq
19:03 22 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, Elvin Camalov, AZƏRTAC
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar yanvarın 5-dək gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev AZƏRTAC-a deyib.
Onun sözlərinə görə artıq gücləndirilmiş iş rejiminə keçilib. Adi günlərdə 300-350 nəqliyyat vasitəsilə 7500-8500 sərnişin daşınırdısa bayram ərəfəsində 650-700 nəqliyyat vasitəsilə 16-17 min sərnişinin yola salınması nəzərdə tutulub.
M.Abdullayev qeyd edib ki, ən çox sıxlıq dekabrın 28-dən 31-nə kimi müşahidə olunur: “Sərnişinlərə biletləri 10 gün əvvəlcədən alınması tövsiyə olunur. Sıxlığın ən çox müşahidə olunacağı dövrlərdə bilet satışında problemin olmaması üçün sərnişinlər online vasitəsiylə də biletləri ala bilərlər”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_avtovagzali_yanvarin_5_dek_guclendirilmis_is_rejiminde_chalisacaq-913410

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR