​Özbəkistan baş nazirinin keçmiş müavini Moskvada saxlanılıb

​Özbəkistan baş nazirinin keçmiş müavini Moskvada saxlanılıb
19:07 22 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Özbəkistanın baş nazirinin keçmiş müavini Valeri Atayev Moskvada saxlanılıb.
"Report" xəbər verir ki, bu haqda Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, keçmiş müavin Özbəkistanda dövlət büdcəsini mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.
Xəbərdə bildirilib ki, Moskvada onu Özbəkistan hakimiyyətinin istəyi əsasında saxlasalar da, ancaq Rusiya vətəndaşlığını qəbul etdiyindən ölkəsinə təhvil verməyiblər.
Keçmiş müavinin izahat vermək üçün Moskvadakı prokurorluğa getməsi şərtilə sərbəst buraxıblar.
"Mən suçsuzam. Rusiya vətəndaşlığını qəbul edəndən sonra Özbəkistan hakimiyyəti məni ovlamağa başlayıb", - deyə o vurğulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR