Türkiyə təyyarə biletlərinin qiymətini endirdi (FOTO)

Türkiyə təyyarə biletlərinin qiymətini endirdi (FOTO)
00:26 23 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin əsas aviaşirkəti olan Türk Hava Yolları (THY) biletlərin qiymətini endirdi.

ANS PRESS-in məlumatına görə, THY Rusiyanın əsas hava yolları şirkəti olan "Aeroflot"dan fərqli olaraq bilet satışının qiymətini endirib.

Bununla da Türkiyə tərəfi sərnişin sayının aşağı enməsinin qarşısını almağı planlaşdırır.

Rusiya ilə Türkiyə arasında yaranan gərgin vəziyyət səbəbindən gün ərzində 4 dəfə yola düşən İstanbul - Moskva reysi 3-ə enib.



THY ilə Moskvadan İstanbul vasitəsilə uçan bir sərnişinin bileti "Aeroloft"dan daha ucuz qiymətə başa gəlir. Buna görə də, Rusiya səfərlərində sərnişinlər ölkələrindən birbaşa səyahət etmək yerinə THY ilə İstanbul vasitəsilə səfər etməyə üstünlük verirlər.

Moskvadan İstanbul vasitəsilə Londona uçan bir sərnişin bileti 755 TL-dirsə, "Aeroloft"da bu qiymət 1450 TL-yə başa gəlir.

Bundan bir qədər öncə Türkiyə höküməti turizm şirkətlərinə kredit yardımı dəstək paketi layihəsini irəli sürüb. Bu layihənin təşkil edilməsinin əsas məqsədi isə Rusiyadan bu ölkəyə gələn 3 milyon turist sayının 1 milyonunu kompensasiya etməkdir.

Turizm üzrə mütəxəssis Orhan Sancar dövlət dəstəyi sayəsində təyyarə biletlərinin qiymətinin 30-40 dollar aşağı düşəcəyini bildirib. Onun sözlərinə görə, bir nəfər üçün bilet qiymətlərinin bu qədər enməsi, ailəbaşına ortalama 150-200 dollar endirim deməkdir.



Türkiyə ilə Rusiya arsında vəziyyətin gərginləşməsinin səbəbi Rusiyaya məxsus Su24 təyyarəsinin Türkiyə sərhədlərini pozması nəticəsində Türkiyə tərəfindən vurulması olub. Bu hadisədən sonra Rusiya Türkiyəyə çoxsaylı sanksiyalar tətbiq edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367877

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR