ABŞ-da kritik dollar qərarı əmlak bazarına təsir etdi

ABŞ-da kritik dollar qərarı əmlak bazarına təsir etdi
04:01 23 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında (ABŞ) daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşıb. ANS PRESS-in məlumatına görə, noyabr ayında evlərin qiymətinin 10.5 faiz düşdüyü bildirilir. 2014-ci il aprel ayından sonra evlərin alıcı qabiliyyəti də rekord həddə azalıb.

Bəzi ekspertlər bunu Amerika Mərkəzi Bakının faizləri qaldırması ilə əlaqələndiriblər.

Noyabr ayında Amerikada evlərin qiyməti orta hesabla 220 300 dollar olub. Bu isə, ötən illə müqayisədə 6.3 faiz artış deməkdir.

Amerikada evlərin qiyməti vətəndaşın orta illik gəlirindən iki dəfə artıqdır.

Amerika Birləşmiş Ştatları mərkəzi bankı 2006-cı ildən sonra ilk dəfə bu il dekabrın 16-da kredit faizlərini 0.25 faiz artırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR