Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Ən yaxşı tələffüz” üzrə müsabiqə keçirilib.
ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin ingilis dilinin fonetikası kafedrasının təşkilatçılığı ilə keçirilən yarışmada pedaqoji (ingilis dili-alman dili) fakültənin II kurs tələbələri ingilis dilində tələffüz etmə bacarıqlarını nümayiş etdiriblər. Müsabiqənin birinci mərhələsində iştirak edən 30-a yaxın tələbə arasından seçilmiş 10 nəfər növbəti mərhələdə birincilik uğrunda mübarizə aparıb.
Münsiflər heyəti müsabiqədə iştirak edən tələbələrin dil bacarıqlarını qiymətləndiriblər. Müsabiqənin qalibləri diplomlara layiq görülüb.
“Ən yaxşı tələffüz” üzrə müsabiqənin qalibləri mükafatlandırılıb