Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini yüngülləşdirib

Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini yüngülləşdirib
12:18 23 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-dən etibarən Rusiyada Gürcüstanla viza rejimini yüngülləşdirən qərar qüvvəyə minir. Bundan sonra Gürcüstan vətəndaşları işgüzar, təhsil, işçi və humanitar, həmçinin şəxsi vizaları onları Rusiyaya dəvət edən şəxslərlə qohumluq əlaqəsi olmadan belə istənilən müddətə ala biləcəklər.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Rusiya XİN bu qərarın Moskva və Tbilisi arasında münasibətlərin normallaşması fonunda qəbul edildiyini bildirib.
Xatırladaq ki, 2008-ci ildə baş verən hərbi münaqişədən sonda Gürcüstanla Rusiya arasında diplomatik əlaqələr pozulub. 2000-ci ildə isə ölkələr arasında viza rejimi tətbiq olunub. Buna baxmayaraq, 2012-ci ildə rəsmi Tbilisi rusiyalılar üçün viza rejimini birtərəfli qaydada ləğv edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR