Vergilər Nazirliyi müğənni Rəqsanə İsmayılovaya 104 min manat borc yazıb.
Axşam.az-ın məlumatına görə, bu barədə Lent.az-a müğənninin özü məlumat verib. O, bildirib ki, bu cərimə 3 ay ərzində yazılıb:
“Hazırda Moskvadayam. Vergilər Nazirliyi tərəfindən 3 aya 104 min cərimə olunmuşam. Bütün məsələlərlə vəkilim məşğul olur. Vəkilimin araşdırması yekunlaşandan sonra mətbuata açıqlama verəcəyəm”.
Qeyd edək ki, ötən gün Vergilər Nazirliyi şou-biznesin bir çox tanınmış nümayəndəsinin vergi borcu ilə bağlı məlumat yayıb.