Dieqo Simeone "Çelsi"ni çalışdırmağa hazırdı, ancaq iki şərtlə...

"Çelsi"ni mövsümün sonuna kim Qus Hiddink çalışdıracaq. Ancaq "zadəganlar"ın baş məşqçi postunun yeni mövsümdən etibarən kimə həvalə olunacağı bəlli deyil.

Metbuat.az "The Telegraph"a istinadən xəbər verir ki, "Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Çelsi"ni çalışdırmağa hazırdı. Ancaq argentinalı London klubunun rəhbərliyinin qarşısına iki şərt qoyub: transferlər üzərində nəzarət tamamilə onun əlində olacaq və texniki direktor Maykl Emenalo işinə müdaxilə etməyəcək. Yalnız bu şərtlər qəbul olunacağı təqdirdə Simeona "Çelsi"nin sükanı arxasına keçəcək.

"Çelsi"nin baş məşqçi postuna bir digər namizəd isə Pep Qvardioladı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR