"Mançester Yunayted"in aparıcı futbolçuları Lui van Qala narazılıqlarını bildirdilər

"Mançester Yunayted"in aparıcı futbolçuları "Norviç"lə oyundan sonra baş məşqçi Lui van Qalla bir araya gələrək komandadakı vəziyyəti dəyərləndiriblər.

Metbuat.az "Daily Mail"ə istinadən xəbər verir ki, hollandiyalı mütəxəssislə görüşdə Ueyn Runi, Maykl Kerrik, Kris SmollinqXuan Mata iştirak ediblər. Onlar Lui van Qala məşq prosesi, ciddi rejim və taktika ilə bağlı narazılıqlarını bildiriblər.

Zədələrin məşqlərdəki artıq yüklənmə ilə birbaşa əlaqədar olduğunu iddia edən futbolçular van Qaldan hazırlıq prosesini dəyişməyi xahiş ediblər.

Mənbənin məlumatına görə, xüsusilə də Xuan MataAnder Errera təcrübəli məşqçinin işindən narazıdırlar. Onlar Avro-2016 ərəfəsində İspaniya yığmasının heyətindəki yerlərini itirməkdən ehtiyatlanırlar.

Xuan Mata və Ander Errera


Lui van Qal futbolçuların xahişinə hörmətlə yanaşıb və mövsümün müvəffəqiyyətsiz məcrada davam etməməsi üçün birlikdə çalışmalarının vacibliyini vurğulayıb.

"Mançester Yunayted" 17 turdan sonra İngiltərə Premyer Liqasında 5-ci pillədə qərarlaşıb. "Qırmızı şeytanlar" Çempionlar Liqası ilə elə qrup mərhələsindəcə vidalaşıb.

"Mançester Yunayted" qarşıdakı iki matçdan birində məğlub olacağı təqdirdə Lui van Qalla yollar ayrılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR