Rusiya İrana təyyarə satacaq

Rusiya İrana təyyarə satacaq
18:03 23 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Rusiya İrana təyyarə satacaq.
AZƏRTAC Türkiyənin airporthaber.com saytına istinadla xəbər verir ki, bu barədə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov
İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə ilə görüşündə bildirilib.
Nazirlikdən verilən açıqlamaya görə, Rusiya İranın “Kish Air” hava yolu şirkətinə “Tu-204SM” tipli 10 və ya 15 sərnişin təyyarəsini satmağı planlaşdırır.
Qeyd edək ki, Rusiyanın İrana təyyarə satışı daha əvvəl də gündəmə gəlmişdi, lakin ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən satış təxirə salınmışdı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_Irana_teyyare_satacaq-913730

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR