Bakıdakı məşhur oteldə oğurlanmış girov saxlanılırmış

Bakıdakı məşhur oteldə oğurlanmış girov saxlanılırmış
20:17 23 Dekabr 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Mart ayında adam oğurluğu faktı üzrə cinayət işi açılıb. 

Bu barədə virtualaz.org saytına Nərimanov Rayon Polis İdarəsindən bildirilib.

Ondan əvvəl isə...

Martın 24-də Bakı şəhər sakini Rüzigar Əliyev ərizə ilə polisə müraciət edərək martın 12-də qızı Gülərin ona xəbər vermədən evdə olan 3500 manat və 19000 ABŞ dolları, habelə bir cüt qızıl sırğanı tanışı, Bakı şəhər sakini Səbuhi Əliyevə verdiyini bildirib.

Nərimaov RPİ 16-cı polis bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla paytaxt sakini Səbuhi Əliyevin həmyerliləri Samir İsayev, Nicat İsmayılov, Emin Turqut adlı şəxslərlə birgə Güləri aldadıb qeyd edilən pulu və qızıl əşyanı alması müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Həmçinin N.İsmayılovun əldə olunmuş puldan 9600 ABŞ dollarını gizlətdiyi üçün cari il mart ayının 18-də qrupun digər üzvləri tərəfindən oğurlanaraq əl-qolu bağlanılaraq Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşən "Baku Grand Hotel" adlı hoteldə saxlanılması, lakin onun bir gün sonra oradan qaçması da müəyyən edilib.

16-cı polis bölməsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Əliyev, S.İsayev və N.İsmayılov tutulublar.

Adam oğurluğu faktı üzrə cinayət işi araşdırmalarının davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndəriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/392607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR