“Azpetrol” şirkəti bölgələrdə yeni yanacaqdoldurma məntəqələri açıb

“Azpetrol” şirkəti bölgələrdə yeni yanacaqdoldurma məntəqələri açıb
21:08 23 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
“Azpetrol” şirkəti Gəncə, Samux və Beyləqanda özünün yeni yanacaqdoldurma məntəqələrini açıb.
AZƏRTAC xəbər verir ki, Gəncədə yeni məntəqənin açılışında “Azpetrol” şirkətinin baş direktoru Ceyhun Məmmədov çıxış edib. Bildirilib ki, şirkətin yeni yanacaqdoldurma məntəqəsinin açılışı Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsinə təsadüf etdiyindən xüsusilə əlamətdardır.
C.Məmmədov müstəqil Azərbaycan dövlətinin iqtisadi inkişaf strategiyasının müəyyən edilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən də danışıb. Qeyd edilib ki, Ulu Öndərin təməlini qoyduğu iqtisadi islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılır.
Yeni məntəqənin istifadəyə verilməsi ilə Gəncədə 40 yeni daimi iş yeri açılıb. Samux rayonunda istifadəyə verilən məntəqədə 28, Beyləqanda isə 35 daimi iş yeri yaradılıb.
Şirkət, eyni zamanda, Gəncə şəhərində müştərilərin rahatlığını təmin etmək üçün hər cür şəraitə malik olan yeni motel də istifadəyə verib.
“Azpetrol” yaxın gələcəkdə Bakı şəhərində və Tərtər rayonunda da yeni yanacaqdoldurma məntəqələrinin açılışını nəzərdə tutur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azpetrol_sirketi_bolgelerde_yeni_yanacaqdoldurma_menteqeleri_achib-913817

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR