"Sərhədçi" Prezident Kubokunun qalibi oldu

"Sərhədçi" Prezident Kubokunun qalibi oldu
21:47 23 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən Milli Atüstü oyunları üzrə Prezident Kuboku uğrunda turnir sona çatıb. Fanat.az xəbər verir ki, 10-cu dəfə keçirilən yarışlarda respublikanın 24 komandası fəxri mükafat uğrunda mübarizə aparıb.

Yarımfinal oyunlarından sonra turnirin final görüşləri keçirilib. Əvvəlcə 3-cü yer uğrunda oyun olub. Yarımfinalda məğlub olan “Ağstafa” və “Polad” komandaları üz üzə gəlib. Görüşdə “Polad” 1:0 hesabı ilə qələbə qazanaraq bürünc medallara yiyələnib. 
Ardınca isə Çövkən Milli Atüstü oyunları üzrə 10-cu Prezident Kubokunun final görüşü keçirilib. Həlledici görüşdə “Ağcabədi” və “Sərhədçi” üz-üzə gəlib. Oyun “Sərhədçi” komandasının 7:0 hesablı qələbəsi ilə nəticələnib. 

Beləliklə də , “Sərhədçi”nin çövkən üstaları, Azərbaycan çempionatındakı qələbədən sonra, Prezident Kubokunu da fəxri mükafatla başa vurublar. Qaliblərə mükafatları Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsrhdciquot-prezident-kubokunun-qalibi-oldu-t46376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR