Neftin bahalaşacağı proqnozlaşdırıldı

Neftin bahalaşacağı proqnozlaşdırıldı
04:26 24 Dekabr 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

OPEK 2020-ci ilə kimi neft qiymətinin əvvəlki kimi 70 dollara qayıdacağını proqnozlaşdırıb. ANS PRESS-in məlumatına görə, bu barədə təşkilatın dərc etdiyi Ümumdünya Neft Perspektivləri adlı hesabatında bildirilir. 2014-cü ilin yay aylarında bareli 110 dollara satılan neftin qiyməti indi neft bolluğu amili və bazar tələbinin azalmasıyla əlaqədar 37 dollardan da aşağı düşüb.

Ancaq Neft İxrac Edən ölkələr Təşkilatı qara qızılın gələn ildən etibarən yenidən bahalaşmağa başlayacağını və bu tendensiyanın sabit şəkildə davam edəcəyini bildirib. Həmçinin proqnozlara görə dünya neft bazarına güclü rəqiblərini gəlişi ilə əlaqədar OPEK-in qlobal neft təchizatındakı payı əhəmiyətli şəkildə azalacaq. Təşkilat hazırda dünya neft istehsalının 30 faizinə cavab verir.

70-ci illərin sonuna kimi bu göstərici 50 faiz təşkil edib. OPEK-in neft bazarındakı seqmentinin zəifləməsi ilk növbədə ABŞ şist-neft hasilatının yüksəlməsi ilə əlaqədardır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368026

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR