Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Salyan şəhərinin Baş plan layihəsi hazırlanır.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq Baş planın ilkin layihəsi ilə tanışlıq dekabrın 24-dən başlayaraq 60 gün müddətində Salyan şəhərində keçiriləcək.
Hazırlanmış ilkin layihə ilə tanış olmaq, o cümlədən layihəyə dair etiraz və təkliflərin bildirilməsi Salyan şəhəri, T.Xəlilbəyli küçəsi 136 ( Salyan Rayon İcra Hakimiyyətinin inzibati binası) ünvanına müraciət etmək olar.