Gənc pianoçumuz daha bir möhtəşəm uğura imza atıb

Gənc pianoçumuz daha bir möhtəşəm uğura imza atıb
11:38 24 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Beynəlxalq müsabiqələr laureatı, Qran-pri mükafatçısı Ayan Məmmədli Böyük Britaniyada “Melos” Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə keçirilən, “Melos” Beynəlxalq internet musiqi müsabiqəsində birinci yerə layiq görülüb.
Müsabiqənin şərtlərinə görə internet vasitəsilə göndərilən ifalar münsiflər heyəti tərəfindən anonim şəkildə dinlənilərək qiymətləndirilib. İfalara qiymət verilib mükafatlandırılma aparıldıqdan sonra məlum olub ki, “C” qrupunda birincilik qazanmış ifanın müəllifi Ayan Məmmədlidir.
AZƏRTAC xəbər verir ki, müsabiqənin qalibi kimi A.Məmmədli 2016-cı il aprelin 8-də Roma şəhər Konservatoriyasının “Santra Ceciliya” möhtəşəm konsert zalında keçiriləcək qala-konsertdə ifa etmək üçün dəvət alıb.
Qeyd edək ki, T.Quliyev adına 12 nömrəli onbirillik uşaq musiqi məktəbinin VI sinif şagirdi, Q.Qarayev adına Dövlət kamera orkestrinin direktoru Nazilə Yaqubovanın sinfində təhsil alan Ayan Məmmədli artıq bir neçə beynəlxalq müsabiqədə iştirak edərək, beynəlxalq müsabiqələr laureatı adını qazanıb. O, cari ilin noyabrında Avstriyada keçirilən beynəlxalq musiqi yarışmasında isə Qran-pri mükafatına layiq görülüb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genc_pianochumuz_daha_bir_mohtesem_ugura_imza_atib-913892

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR