Əli Əhmədov: 2015-ci ildə Azərbaycanda əzəmətli naliyyətlər əldə olunub

Əli Əhmədov: 2015-ci ildə Azərbaycanda əzəmətli naliyyətlər əldə olunub
12:18 24 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

2015-ci ildə Azərbaycanda əzəmətli naliyyətlər əldə olunub.

Trend-in məlumatına götə, bunu Yeni Azərbaycan Partiyasının İcra katibi - sədr müavini, Baş nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunan “Yeni hədəflər naminə” adlı konfransda deyib.

Ə.Əhmədov bildirib ki, bu ili Azərbaycanın tarixinə yazmaq üçün çox əhəmiyyətli hadisələr baş verib: “Bunlardan biri parlament seçkiləri olub. YAP seçkilərdə yenə də qalib kimi çıxdı. Bu yarışda YAP-ın qələbəsinin əsas səbəbi xalqın möhtərəm prezident İlham Əliyevə olan məhəbbətinin nəticəsi və onun siyasətinə dəstək göstərməsidir”.

Ə.Əhmədov bildirib ki, 2015-ci ilin ən vacib hadisələridən biri də İlk Avropa Oyunları oldu.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR