Rəqqasə Fatimə Fətəliyeva tədbirlərin birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.
Axşam.az-a açıqlama verən sənətçi 2016-cı ildəki planlarından danışıb:
"Yeni ildə işlərimi böyüdəcəm. “Banu” rəqs məktəbinin konsertini keçirmək istəyirəm. Yeni ili Dubayda qarşılamağı düşünürdüm. Amma dollar qalxan kimi fikrimdən yayındım. Bayramı ailəmlə evimdə keçirəcəm. Uşaqlarıma bu il hədiyyə almaq fikrim yoxdur. Dolların bahalaşması mənə də pis təsir etdi. Amma yenə də hər günümə şükür edirəm”.
Foto: Ramin ASLANOV