Rusiyanın baş naziri Türkiyə vətəndaşlarını işə qəbul etmək hüququ olan şirkətlərin siyahısını təsdiq edib

Rusiyanın baş naziri Türkiyə vətəndaşlarını işə qəbul etmək hüququ olan şirkətlərin siyahısını təsdiq edib
14:07 24 Dekabr 2015
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ Rusiyanın baş naziri Dmitri Medvedyev 53 şirkətə Türkiyə vətəndaşlarını işə qəbul etmək hüququ verən fərman imzalayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hökumət başçısının özü məlumat verib.
Baş nazir xatırladıb ki, 2016-cı il yanvarın 1-dən Türkiyə vətəndaşları üçün vizasız rejimin fəaliyyəti dayandırılacaq. Bundan əlavə, həmin tarixdən etibarən rusiyalı iş adamlarına Türkiyə vətəndaşlarını işə qəbul etmək də qadağan olunub.
Hökumət başçısı bu qərarı verərkən hökumətin maraqlı nazirlik və regionların təkliflərinə əsaslandığını deyib.
Qeyd edək ki, bu şirkətlərin tikinti, avtomobilqayırma, eləcə də tikinti materialları, plastik borular və yivli detallar, santexnika qurğuları və döşəmə örtükləri istehsalı sahəsində fəaliyyət göstərdiyi bildirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiyanin-bas-naziri-turkiye-vetendaslarini-ise-qebul-etmek-huququ-olan-sirketlerin-siyahisini-tesdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR