Nazir: "Bunu iki yolla etmək olar: cütləşdirilmə və süni mayalanma hesabına"

Nazir: "Bunu iki yolla etmək olar: cütləşdirilmə və süni mayalanma hesabına"
14:57 24 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi iribuynuzlu mal-qaranın məhsuldarlığını artırmağı planlaşdırır. 

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov "Yeni hədəflər naminə" konfransda deyib.

Onun sözlərinə görə, hazırda ölkədə kənd təsərrüfatı heyvanlarının məhsuldarlığı 1-1,2 ton (ildə) təşkil edir. Belarusda bu göstərici 3 dəfə çoxdur, Avropada isə 9-11 tona çatır.

H.Əsədov qeyd edib ki, yüksək məhsuldarlığa nail olmaq üçün mal-qaranın cinsliliyini yaxşılaşdırmaq planlaşdırılır: "Bunu iki yolla etmək olar: digər ölkələrdən idxal edilən cins mal-qaranın cütləşdirilməsi və süni mayalanma hesabına".

Nazir diqqətə çatdırıb ki, bunun üçün Azərbaycanda Avropada ən iri Heyvanların Süni Mayalanması Mərkəzi tikilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR