"Barselona" Neymara görə 2 milyon avro ödəməkdən boyun qaçırır

"Barselona" Neymarın müqaviləsində qeyd olunan və "Santos"a çatmalı olan bonusu hələ də ödəməyib. Braziliya klubu son olaraq rəsmi bəyanat yayıb. Bəyanatda qeyd olunub:

"Bu, müqavilə öhdəliklərinin pozulmasının aşkar nümunəsidir. Onlar əslində mövcud olmayan hüquq maneələrindən yararlanmağa çalışırlar.

"Barselona" öz öhdəliklərindən qaçmaq üçün tüstüdən pərdə kimi istifadə edir".

Qeyd edək ki, Neymar "Qızıl top"a namizəd olan 3 futbolçunun siyahaısına düşdüyü üçün braziliyalı futbolçunun sabiq klubu "Santos"a 2 milyon avro bonus ödəməlidi. Ancaq "Barselona" tərəfi iki klub arasında Neymarın transfer dəyəri barədə yaranan mübahisələri əsas gətirərək sözügedən məbləği ödəməkdən boyun qaçırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR