Prezidentin Azərbaycana çoxdan gözlənilən səfəri

Prezidentin Azərbaycana çoxdan gözlənilən səfəri
20:51 24 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Misir prezidenti Əbdül-Fəttah Əs-Sisi 2016-ci ilin martında Azərbaycana rəsmi səfər edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Misirin Azərbaycandakı səfiri Syuzan Cəmil deyib: "Gələn ilin mart ayında Azərbaycana Misir prezidentinin səfəri gözlənilir. Səfərdə əsasən iki ölkə arasında turizmin inkişafı müzakirə olunacaq. Çünki azərbaycanlılardan çox az sayda turist Misirə gedir. Ən çox Rusiyadan ora gedənlər olur. Bu səbəbdən Rusiya, hətta, Misirə gedən turistlərin sayına görə 4-cü yerdədir", - deyə səfir qeyd edib.

Səfir onu da vurğulayıb ki, əslində, turizmlə bağlı məsələ həll olunandır: "Əslində, noyabrın sonunda Azərbaycan turizm naziri Misir turizm naziri ilə görüşəcəkdi. Lakin Rusiya sərnişinlərinin Senay yarımadasında qəzaya düşməzi bu səfəri təxirə saldı. Artıq bu barədə danışıqlar gedib, iki ölkə arasında "Cairo AİR" şirkətinin birbaşa uçuşu ilə bağlı müqavilə imzalanıb. Sadəcə başlanğıc üçün tarixin müəyyənləşdirilməsi qalıb", - deyə Syuzan Cəmil əlavə edib.


Syuzan Cəmil - Misirin Azərbaycandakı səfiri


Misir diplomatının sözlərinə görə, 2016-cı ilin mart ayında bakıda baş tutacaq IV Qlobal Forumunda iştirakına görə Nizami Gəncəvi beynəlxalq mərkəzinin baş katibi də Misir prezidentinə dəvətnamə göndərib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368087

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR