Bakıda oğurluq hadisəsi baş verməsi haqda polisə verilən məlumatın araşdırması zamanı ilginc məqamlar ortaya çıxıb.
Belə ki, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Qurbanova 102 xidmətinə zəng edərək 10 min manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.
Milli.Az-ın məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, onun qızı, 2006-cı il təvəllüdlü Mədinə anasının çarpayısının örtüyünü pəncərədən çırparkən içərisindən 2 min manat pul və qızıl zinət əşyaları olan pul kisəsi küçəyə düşüb.
Fatimə İshakova
Milli.Az