"Bank of Baku" manat kreditlərinə endirim tətbiq edir

"Bank of Baku" manat kreditlərinə endirim tətbiq edir
01:43 25 Dekabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Manatla kreditləşməni davam etdirən "Bank of Baku" Yeni il ərəfəsində müştərilərinə bayram hədiyyəsi olaraq nağd pul kreditlərinə 3 faizədək endirim tətbiq edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, endirim kampaniyasından dekabrın 30-dək "Bank of Baku"ya nağd pul krediti üçün müraciət edən müştərilər faydalana biləcəklər. Kredit manatla dövlət və özəl müəssisələrində çalışan şəxslərə, həmçinin bankın təkrar müştərilərinə 5 min manatadək məbləğdə 12 ay müddətinə verilir. Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan iş yerindən arayışı müştərilər bankdan ayrılmadan "Elektron hökumət" xidməti vasitəsilə müraciət etdikləri filialda əldə edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotBank_of_Baku_quot_manat_kreditlerine_endirim_tetbiq_edir-914199

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR