​Afrikada təyyarə yaşayış evlərinə girib, 7 nəfər ölüb

​Afrikada təyyarə yaşayış evlərinə girib, 7 nəfər ölüb
03:22 25 Dekabr 2015
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Dekabrın 24-də Konqoda yük təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub. Faciəvi hadisə Mbudji-Mayi şəhərinin hava limanında baş verib.
"Report" xəbər verir ki, bu barədə AFP-yə Şərqi Kasai əyalətinin qubernatoru Nqoyi Kasandji məlumat verib.
"Air Service" aviaşirkətinə məxsus "A320" təyyarəsi eniş edən zaman uçuş-eniş zolağından kənara çıxıb və hava limanı yaxınlığındakı yaşayış evlərinə girib. Evlərdə olan 7 nəfər həyatını itirib.
İlkin məlumatlara görə, təyyarənin əyləcində problem yaranıb. Qəzaya səbəblərdən biri kimi insident baş verən zaman yağan leysan yağışlar da göstərilir.


Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/afrikada-teyyare-yasayis-evlerine-girib-7-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR