Röya jurnalistə acıq etdi: "Pul mənim, konsert mənim, sənə nə var"

Röya jurnalistə acıq etdi: "Pul mənim, konsert mənim, sənə nə var"
09:32 25 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış müğənni Röya Ayxan jurnalistlərin suallarını yarımçıq qoyaraq zalı tərk edib.

Milli.Az big.az-a istinadən xəbər verir ki, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə kimsəsizlər evində yaşayan uşaqlar üçün bayram tədbiri keçirilib. Tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran müğənni qəfildən zalı tərk edib. 
Müğənninin "Bakıda konsert verməyəcəm. Gələn il ancaq Türkiyədə tanıtım xarakterli konsert verəcəm", deməsindən sonra jurnalistin "Niyə Bakıda yox, Türkiyədə" sualını verməsi Röyanı qəzəbləndirib. 

O, jurnalistə üzünü tutaraq "Ürəyim belə istəyir sənə nə var (zarafatla - red), pul mənim, konsert mənim... Dedim axı tanıtım üçün deyirəm. Xoşuma gəlmir kim isə belə mənasız sual verəndə" deyərək jurnalistlər olan yeri tərk edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR