Pensiyaların verilməsi başa çatıb

Pensiyaların verilməsi başa çatıb
11:14 25 Dekabr 2015
81 Sosial
Ölkə mətbuatı
A- A+

Dövlət Sosial Müdafiə Fondu 2015-ci il üzrə bütün əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl tam başa çatdırıb.

 

DSMF-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunu Fondun sədri Elman Mehdiyev KİV nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

Pensiya ödənişinin maliyyə təminatını ilə bağlı suallara aydınlıq gətirən Fond sədri qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondu 2015-ci ildə bütün əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl tam başa çatdırıb.

Elman Mehdiyev eyni zamanda, Fondun maliyyə göstəricilərini şərh edərək deyib ki, bu ilin yekununa görə Fondun aylıq pensiya ödənişi üzrə heç bir borcu yoxdur və hazırda daxil olan sosial sığorta haqları növbəti il üçün əlavə maliyyə ehtiyatının yaradılmasına yönəldilir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR