MLS-də yaranan fasilə səbəbiylə Stiven Cerrard "Liverpul"un bazasında məşqlərini davam etdirir.
"Qırmızılar"ın baş məşqçisi Yürgen Klopp kapitanın mümkün qayıdışına münasibət bildirib:
"Oyunçular boşluğu doldurmalıdırlar. Gənc olmalarına baxmayaraq, çox çalışırlar. Özümə bəraət qazandırmıram, sadəcə hazırkı vəziyyəti izah edirəm.
Cerrardla tez-tez ünsiyyət saxlayıram, amma şəxsi olaraq. Optimist insanam, ancaq onun "Los Anceles Qalaksi" ilə qüvvədə olan müqaviləsi var.
İndi Cerrardı icarəyə götürməkdən söhbət gedə bilməz. Ona bacardığımız qədər kömək etməyə çalışacağıq".