Bakı və Sumqayıtda 6000-ə yaxın pirotexniki vasitə aşkarlandı

Bakı və Sumqayıtda 6000-ə yaxın pirotexniki vasitə aşkarlandı
14:08 25 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları Bakı və Sumqayıtda pirotexniki vasitələrin satışının qarşısını almaq üçün növbəti əməliyyat keçiriblər.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhəri və Qaradağ rayonu ərazilərində səyyar ticarətlə məşğul olan Mövsüm Nəsirov, Orxan Əliyev və Zahid Gülməmmədovdan ümumilikdə 5935 ədəd yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR