Sanksiya cəhdlərinin arxasında Viktoriya Nuland durur

Sanksiya cəhdlərinin arxasında Viktoriya Nuland durur
14:27 25 Dekabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Vaşinqtondan əldə edilən son məlumatlara görə Amerika siyasi istebleşmentinin bir qismi Azərbaycana qarşı sərt sanksiyaların tətbiq edilməsi oyununu sona çatdırmağa çalışır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ABŞ Konqresinin Helsinki komissiyasının üzvü Kristofer Smit Azərbaycan hakimiyyətinə və dövlətinə qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Kristofer Smitin "Azərbaycanda demokratiya Aktı-2015" adlı layihə artıq Helsinki komissiyasının saytında yerləşdirilib. Təklif olunan sanksiyaların xarakterizə olunduğu press-relizin altında isə Smitlə yanaşı resublikaçı-sentor Rocer Uokerin də imzası dayanır.

Amerika qanunvericilərinin bu təşəbbüsü Bakıda bomba effekti yaradıb. Hakimiyyətyönlü ekspertlər bu antiazərbaycan addımında erməni izi axtarıblar, müxalif siyasətçilər və jurnalistlər isə Azərbaycan üçün "qisas gününün yetişdiyi" haqda hay-küy qaldırıblar.

Əlbəttə, Vaşinqtonda Azərbaycana dair qəbul edilən qərarlarda erməni diasporunun rolu şübhəsizdir və kifayət qədər ciddidir. Və sonuncu sənəddə də Azərbaycana qarşı qəbul edilmiş məlum 907-ci düzəlişin bərpası ideyası qırmızı xətlə keçir. Hansı ki, həmin düzəlişdə əraziləri işğal olunan Azərbaycan faktiki olaraq Dağlıq Qarabağda erməni azlığını sıxışdıran işğalçı tərəf kimi göstərilmişdi. 2001-ci ildə Heydər Əliyevin səyləri sayəsində bu düzəlişin qüvvəsini dayandırmaq mümkün oldu.

Lakin hər il erməni lobbisi Senatda bu düzəlişin yenidən qüvvəyə minməsinə çalışır. Hələlik səylər nəticəsizdir. Amerikalılar başa düşür ki, bu düzəlişin bərpası Azərbaycanla münasibətlərin tamamilə kəsilməsinə və Vaşinqtona meylli qüvvələrin mövqelərinə ölümcül zərbə vurulmasına səbəb ola bilər.

Eyni zamanda düzəlişin bərpası ABŞ-ın Minsk Qrupundakı roluna sarsıdıcı zərbə vurardı. Və budur, K.Smitin layihəsində yenidən 907-ci düzəlişin məsələsi qoyulur və bu da sənədin arxasında erməni izi olduğuna birbaşa dəlalət edir.

Müxalif tərəfin arqumentlərinə gəldikdə isə burası doğrudur ki, K.Smit Konqresdə əhəmiyyətli fiqurdur. İkincisi o, respublikaçıların lideridir. Respublikaçılar isə Konqresin hər iki palatasında çoxluqdadır. Həmçinin Smit Dövlət Departamentinin və Pentaqonun da təmsil olunduğu nüfuzlu Helsinki komissiyasının həmsədridir. Nəhayət, Smit "Belarusda demokratiya Aktı"nın-Azərbaycana qarşı irəli sürülmüş sənədin oxşarının müəllifidir. O, Çinə, Bosniyaya, Vyetnama və digər ölkələrə qarşı da sanksiya qətnamələrini hazırlayan adamdır.

Beləliklə, anti-Azərbaycan oyunlarının müəllifləri doğrudan da əhəmiyyətli və simvolik siyasi fiqurdur. Bu sənədin qəbulu riski onun avtoritetini və nüfuzunu daha da artırır.

Vaşinqtondan gələn xəbərlərə görə, konqresmenlər Smitin layihəsini artıq fevralın ilk ongünlüyündə gündəliyə çıxarmağa hazırlaşırlar.

Bəs bu qətnamə layihəsinin təkcə Smitin yox, Amerika siyasi istebleşmentinin bir hissəsinin mövqeyi olduğu barədə müxalif düşüncəli insanların arqumentləri nə dərəcədə tutarlıdır?

Qərb dairələrindən əldə olunan informasiyalara əsasən bu arqumenti tutarlı hesab etmək olar. Smitin qanun layihəsinin arxasında dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland dayanır. Əliyev hakimiyyətinin Vaşinqtondakı əsas düşmənlərindən birini təqdim etməyə, məncə, ehtiyac yoxdur. Söhbət Maydanda kökə paylayan həmin Nulanddan gedir. Həm də təkcə kökə paylamayıb, səfir Ceffri Payetlə üzə çıxan telefon danışıqlarından məlum olurdu ki, Nuland keçmiş sovet respublikaları üçün Maydan nəzəriyyəsinin müəlliflərindən biridir.

Nuland Azərbaycan hakimiyyətini xoşlamır. Onun Azərbaycanda 2013-cü il prezident seçkiləri barədə diplomatik etiketdən uzaq bəyanatları hələ yaddan çıxarmayıb. Nulandın Azərbaycan hakimiyyətinə qarşı nifrəti o qədər yüksəlmişdi ki, bircə müxalifəti silahlı üsyana çağırması qalmışdı. O, aqressivdir, kompromislərə meylli deyil və Vaşinqtonun Əliyev hakimiyyəti ilə münasibətlərini gərginləşdirmək üçün əlindən gələni edir. Bakıya səfərindən sonra onun Azərbaycana qarşı aqressiyası nəinki azalmadı, əksinə, artdı.

Bizim Vaşinqtondakı səfirimiz Elin Süleymanovu "üzdəniraq adama" çevirən də məhz odur. Bir ildir ki, E.Süleymanov Dövlət Departamentində görüş ala bilmir. Məhz Nuland Azərbaycanın Obama administrasiyası ilə dialoq cəhdlərinə, problemləri həll etməsinə mane olur. 

İndi isə Nuland Bakıya qarşı oyunda Obama administrasiyasının qatı tənqidçilərindən olan K.Smiti qabağa verir. Əgər amerikalılar Bakıyla anlaşsalar administrasiya əllərini asanlıqla yuyacaq və deyəcək ki, bu sanksiya təşəbbüsü onların işi deyil, Smitin öz təşəbbüsüdür. Yox, əgər Azərbaycan ABŞ-ın şərtlərini qəbul etməsə və sanksiyalar qəbul edilsə Amerika administrasiyası Obamanın yeni azadlıq missiyasını "demokratiyanın və insan haqlarının təntənəsi" kimi elan edəcək. 

Amerikalılar Azərbaycan hakimiyyətini nəyə məcbur etmək istəyir? Onlar nəyə nail olmaq istəyir? Biz bunu bilmirik, təxminlər üzərindən nəticələrə gəlmək isə düzgün olmazdı. Ancaq Dövlət Departamentinin və Konqresin kombinasiyasından belə çıxır ki, Bakıya qarşı təzyiqləri artırmaqla onu hansısa taleyüklü qərara məcbur etmək istəyirlər.

Vaşinqtondakı mənbələr geosiyasi rebus versiyasını və İlham Əliyevin xarici siyasət platformasının əsasını təşkil edən bloklara qoşulmamama prinsipini qabardırlar. Viktoriya Nuland Amerika hakimiyyətinin keçmiş sovet respublikalarına dair siyasətini formalaşdıran baş strateqlərdən biridir. 1997-ci ildən bəri o, Vaşinqtonun Cənubi Qafqaza, o cümlədən Azərbaycana dair siyasətinə cavabdehlərdən biri olub. Rusiya ətrafında qeyri-stabillik və xaos zolağı yaratmaq konsepsiyası da ona məxsusdur, rəngli inqilabların da əsas nəzəriyyəçilərindən biri odur. Stabil Azərbaycan heç cür onun planlarına daxil deyil. 

Bəs bizim hakimiyyət bu sanksiyaların qəbul edilməsinin qarşısını almaq üçün nə edə bilər? Vaşinqton analitiklərinin fikrincə Smitin layihəsinin bu formatda qəbulu ağlabatan deyil. Lakin Konqres Azərbaycana qarşı Maqnitski aktının bənzərini qəbul edə bilər. Çətin ki, administrasiya Azərbaycanın ali rəhbəliyinə qarşı sanksiyaların tətbiqinə getsin. Onlar çox güman ki, ayrı-ayrı məmurlara qarşı sanksiyaların tətbiqinə meyl edir.

Nuland isə Azərbaycan hakimiyyəti ilə dialoqa getmir. O, səfirlə görüşüb danışmaq istəmir, üstəlik səfirin Dövlət Departamentinin başqa rəsmiləri ilə təmaslarını da əngəlləyir. Görünür Nulandla anlaşmaq mümkün olmayacaq.

Azərbaycan sanksiyaların qəbulunu əngəlləmək üçün ənənəvi müttəfiqlərindən-yəhudi lobbisindən istifadə edə bilər. Lakin Obama administrasiyası ilə İsrail arasında münasibətlərin son illər İrana və Fələstin probleminə görə kəskinləşməsi üzündən yəhudi lobbisinin təsir rıçaqları xeyli zəifləyib.

Bəs neft lobbisi? Neftin qiymətinin kəskin aşağı düşməsi bu lobbinin da imkanlarını məhdudlaşdırıb. Üstəlik bu lobbi Azərbaycandan istədiyini əldə edib. Bütün əsas neft layihələri reallaşıb.

Deməli, bu lobbinin də köməyinə arxayınlaşmaq olmaz. Mərkəzi Kəşfiyyat İdarəsinə bağlı qüdrətli fətullahçı təriqət bu işdə bizə kömək edə bilərdi. Ancaq bu təriqətin Ərdoğanla düşmənçiliyini və fətullahçıların sıxışdırılması üçün Bakının atdığı addımları nəzərə alsaq, belə kömək ağlabatan deyil.

Beləliklə, Yeni il tətili günlərindən sonra Azərbaycan ABŞ-dakı güclü siyasi qruplaşma ilə sərt mübarizəyə girməli olacaq. Və hələlik bu sual açıq qalır: Bakının Nuland tərəfindən işə salınmış şeytani mexanizmi dayandırmağa gücü çatacaqmı?

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dünyanın ən bahalı brendləri - REYTİNQ

26 Sentyabr 2017 04:13

İngiltərə Premyer Liqasının yeni rekordçusu

26 Sentyabr 2017 04:09

BMT TŞ Myanmadakı vəziyyəti müzakirə edəcək

26 Sentyabr 2017 04:07

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ olub

26 Sentyabr 2017 03:32

Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında 260 ədəd partlamamış sursat tapılıb

26 Sentyabr 2017 03:27

Yevlaxda 37 yaşlı kişi bıçaqlandı

26 Sentyabr 2017 03:03

Şimali Karolinada insanlar "Mariya" qasırğasına görə köçürülür

26 Sentyabr 2017 03:02

Çin “WhatsApp”ı blokladı

26 Sentyabr 2017 02:54

Azərbaycanda FACİƏ: 6 yaşlı uşaq poliklinikada öldü - VİDEO

26 Sentyabr 2017 02:28

Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb

26 Sentyabr 2017 02:27

İraq Kürdüstanında müstəqilliklə bağlı referendum başa çatıb

26 Sentyabr 2017 02:12

AÇ-2017, 4-cü gün: NƏTİCƏLƏR və TƏQVİM

26 Sentyabr 2017 02:03

"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək

26 Sentyabr 2017 01:52

Dünyanın 10 ən yaxşı muzeyi -

26 Sentyabr 2017 01:50

Səbinə Əzimova Avropa çempionu oldu

26 Sentyabr 2017 01:43

Rusiyanın "VİM-Avia" şirkəti vəsait çatışmazlığından çarter reyslərini dayandırıb

26 Sentyabr 2017 01:32

"Ginnesin rekordu"na düşmək istəyən ər xəsətxanaya düşdü, arvad öldü

26 Sentyabr 2017 01:24

Gədəbəydə 25 yaşlı oğlan bıçaqlandı

26 Sentyabr 2017 01:19

Çili mediası: Çempionlar Liqasında şəhəri olmayan komanda...

26 Sentyabr 2017 01:18

Sabiq baş nazir Nəvaz Şərif Londondan Pakistana qayıdıb

26 Sentyabr 2017 01:05

İspaniya yığmasının sabiq futbolçusu Xabi Alonso məşqçi olacaq

26 Sentyabr 2017 01:02

Ailəni bitirən rekord həvəsi - Arvad öldü, ər isə...

26 Sentyabr 2017 00:53

Ekvadorda avtobus qəzası -

26 Sentyabr 2017 00:45

Çində "WhatsApp" messenceri bağlanıb

26 Sentyabr 2017 00:42

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub -

26 Sentyabr 2017 00:37

Türkiyədə mikroavtobus atəşə tutuldu: 3 ölü, 6 yaralı

26 Sentyabr 2017 00:33

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02

ABŞ-dan kürd referendumu ilə bağlı - BƏYANAT

25 Sentyabr 2017 23:58

Azərbaycan neftinin SON QİYMƏTİ -

25 Sentyabr 2017 23:55

Cəlilabadda körpə uşaq anası intihar edib

25 Sentyabr 2017 23:52

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

25 Sentyabr 2017 23:48

Suriyada dinc insanlar yenidən hücuma məruz qaldı-

25 Sentyabr 2017 23:46

Avro-2017: Türkiyə millisi pley-offa vəsiqə qazandı

25 Sentyabr 2017 23:44

Cəlilabadda mağazanı ildırım vurub yandırdı

25 Sentyabr 2017 23:39

Güclü külək binanın damını uçurdu - Masallıda

25 Sentyabr 2017 23:34

Deputata səhvən 13 milyonluq ödəniş çeki verildi - FOTO

25 Sentyabr 2017 23:33

Şimali Koreyanı qorxu bürüdü -

25 Sentyabr 2017 23:28

Avropa çempionatı: 1/4 finalçılar və "play-off"a vəsiqələrin sahibləri müəyyənləşib

25 Sentyabr 2017 23:22

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

25 Sentyabr 2017 23:17

Bali adasında həyəcan -

25 Sentyabr 2017 23:09

Yol polisi "07"-ni QOVUR - Film səhnələrini xatırladan GÖRÜNTÜLƏR - VİDEO

25 Sentyabr 2017 23:03

Məşhur müğənni jurnalistlərə hücum etdi

25 Sentyabr 2017 22:54

Düsseldorfda Maqomayevin yubileyi qeyd olundu

25 Sentyabr 2017 22:53

Tələbələrlə bağlı -

25 Sentyabr 2017 22:51

İraq parlamentindən Ərbilə qarşı növbəti qərar -

25 Sentyabr 2017 22:49