"Arşın mal alan"ın Tellisi illər sonra - foto

"Arşın mal alan"ın Tellisi illər sonra -  foto
16:46 25 Dekabr 2015
90 Şou
Ölkə mətbuatı
A- A+

“Arşın mal alan”, “Alma almaya bənzər”, “Bizim Cəbiş müəllim” kimi filmlərdə rol alan xalq artisti Səfurə İbrahimova illər sonra “10-dan sonra” verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, aktrisa sənətdən uzaqlaşmasından danışıb:

“Sənətdən çıxandan sonra aktrisa olduğumu unutdum. Mən aktrisa deyiləm. Özüm üçün dincəlib, yaşayıram. Əvvəl övladım olsun istəyirdim. Amma həkim dedi ki, olmayacaq. Bu mənim taleyimdir, niyə pis olum ki... Bu halımla barışmışam. Dəfələrlə ölüm xəbərim yayılıb. 45 il aktrisalıq etdim. 10 ildir bu sahədə yoxam”.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43163

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR