Kosmik stansiyadan zəng edən kosmonavt nömrəni səhv yığdığına görə üzr istəyib

Kosmik stansiyadan zəng edən kosmonavt nömrəni səhv yığdığına görə üzr istəyib
16:53 25 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Kosmik stansiyadan zəng edən kosmonavt Tim Pik nömrəni səhv yığdığına görə üzr istəyib.
O, dəstəyi qaldıran qadından “Salam, bura Yer planetidir?” deyə soruşub.
AZƏRTAC bbc.com saytına istinadla xəbər verir ki, kosmonavt öz tvitter hesabında heç kimlə zarafat etmək istəmədiyini, sadəcə nömrəni səhv yığdığını yazıb. Əslində isə Tim Pik öz həyat yoldaşına zəng etmək istəyirmiş.
Qeyd edək ki, Tim Pik Avropa Kosmik Agentliyindən Kosmosa səyahət etmiş ilk britaniyalıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR