“Microsoft” şirkətinin qurucusu Bill Qeyts və onun həyat yoldaşı Melinda dünyanın ən imkanlı cütlüyü elan olunub. Onların varidatı ümumilikdə 85,7 milyard dollar həcmində qiymətləndirilir.
ANS PRESS-in Rusiyanın KİV-ə istinadən verdiyi məlumata görə Qeyts cütlüyünün ardınca İspaniyanın “Inditex” geyim riteylerinin banisi Amansio Orteqi və həyat yoldaşı Flora Peres (70,7 milyard dollar) gəlir. İlk üçlüyü isə investor Uorren Baffet və Astrid Menks (65 milyard dollar) qapayır.
Bill Qeyts və onun həyat yoldaşı Melinda
Amansio Orteqi və həyat yoldaşı Flora Peres
Siyahıda dördüncü və beşinci yerləri Amerika sənayeçiləri Devid və Çarlz Kox qardaşları və onların həyat yoldaşları Culiya və Elizabet tutur (hər cütlükdə 47,5 milyard dollar).
Uorren Baffet və həyat yoldaşı Astrid Menks
“MarketWatch” biznes saytının versiyasına görə tərtib edilən ilk onluğa, həmçinin çinli milyarder Van Tsyanlin və Lin Nin (40,7 milyard dollar), “Amazon” şirkətinin qurucusu
Ceff Bezos və onun həyat yoldaşı, yazıçı Makenzi Bezos (39,8 milyard dollar), LVMH transmilli şirkətin başçıları Bernar Arno və pianoçu Elen Mersyö (38,7 milyard dollar),
Mark Sukerberq və Prissilla Çan (38,5 milyard dollar) və “Wal-Mart” riteyler şirkətinin rəhbəri Ceyms Uolton və həyat yoldaşı Linn (36,2 milyard dollar) daxil olub.
Ceff Bezos və həyat yoldaşı Makenzi Bezos
Mark Sukerberq və Prissilla Çan
Bu arada Atlanta şəhərindəki Emori Universitetinin apardığı tədqiqat illik gəliri 125 min dollardan çox olan cütlüklərin boşanma ehtimalının bu məbləğdən az qazanan ailələrə nisbətən 51 faiz aşağı olduğunu göstərib.