Köln sərgisində dünya brendlərinin tekstil dizaynı nümayiş olunacaq

Köln sərgisində dünya brendlərinin tekstil dizaynı nümayiş olunacaq
19:13 25 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, Ramiz Quliyev, AZƏRTAC
Almaniyanın Köln şəhərində 2016-cı ilin yanvarında “Imm cologne 2016” beynəlxalq mebel və dizayn sərgisi keçiriləcək.
AZƏRTAC Arxinovosti saytına istinadla xəbər verir ki, sərgidə 50 ölkədən 1200 iş nümayiş etdiriləcək. Şəhər sakinləri Yeni ilə “Imm cologne 2016” sərgisinin açılışı ilə başlayacaqlar.
Ziyarətçilərə interyer dizaynının gələcək inkişafına təkan verəcək son dəbli tendensiyalar təqdim ediləcək. Beynəlxalq sərginin bir hissəsi dizaynerlərin yeni ideyalarına həsr olunacaq. Burada həmçinin dünya brendlərinin tekstil dizaynının nümayişinə və gənc mütəxəssislərin kreativ ideyalarına geniş yer veriləcək.
Sərgi çərçivəsində “Müasir dizayn” mövzusunda “The Stage” konfransı da təşkil olunacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR