Belarus millisi Bakıya gəlir

Belarus millisi Bakıya gəlir
21:22 25 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə Azərbaycan millisinin fevralın 1-də Serbiyanın paytaxtı Belqradda start götürəcək Avropa çempionatının final mərhələsinə hazırlıq planı müəyyənləşib.

Baş məşqçi Tino Peres yığmamızın ilk təlim-məşq toplanışını yanvarın 10-dan 18-dək Bakıda təşkil edəcək. Yanvarın 21-dən 29-dək baş tutacaq ikinci hazırlıq prosesinin də Bakıda keçirilməsi nəzərdə tutulub.

Hazırlıq prosesi zamanı yığmamız iki yoxlama görüşü keçirəcək. Bakıya gələcək Belarus yığması yanvarın 22-də və 24-də millimiz ilə oyunda qüvvəsini sınayacaq.(AzərTAc)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-belarus-millisi-bakya-glir-t46424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR