Tovuzda yüksək gərginlikli xətt qırılıb: vətəndaşlara ciddi ziyan dəyib

Tovuzda yüksək gərginlikli xətt qırılıb: vətəndaşlara ciddi ziyan dəyib
00:57 26 Dekabr 2015
37 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ Tovuzda yüksək gərginlikli xətt qırılaraq evlərə gedən naqillərin üzərinə düşüb.
Rayonun Aşağı Quşçu kəndində baş verən hadisə zamanı 100-ə yaxın sakinin elektirikavadanlıqları, sayğacları yanaraq yararsız hala düşüb.
Səhər saatlarında baş verən hadisə zamanı naqillərdə yanqın baş verib ki, nəticədə dirəklərdən ayırılaraq yerə tökülüb. Qəfildən baş verən hadisə zamanı elektirikə qoşulu olan televizor, soyuducu və digər məişət əşyaları yüksək gərginliyə tap gətirməyərək sıradan çıxıb.
Sakinlər bildirir ki, naqillərdə yaranan qısqa qapanma məktəb küçəsinə yaxın yerləşdiyindən onlarda ciddi narahatııq yaradıb. Xoşbəxtlikdən hər hansı kənd sakini ziyan görməyib.
Aşağı Quşçu kəndində baş verən hadisə yerinə “Azərişıq” ASC-nin əməkdaşları gələrək yarananproblemiardanqaldırmağa çalışıblar. TovuzEŞ baş mühəndisiMusaNağıyevhadisəyə subartezianquyusununtransfarmatorundabaş verənqəzasəbəbolduğunubildirib.
İdarə rəsmisigecə saatlarınaqədərkəndə elektirikverlişininbərpaediləcəyini də bildirib.











Xəbərin orijinal ünvanı: http://report.az/hadise/tovuzda-yuksek-gerginlikli-xett-qirilaraq-evlere-geden-naqilleri-zedeleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR