Şamaxı-İsmayıllı seysmoaktiv zonasında gərginlik yaranıb

Şamaxı-İsmayıllı seysmoaktiv zonasında gərginlik yaranıb
13:12 26 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Noyabr ayının sonunda Şamaxı-İsmayıllı seysmoaktiv zonasında mürəkkəb geodinamik şərait formalaşıb.

APA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) bülletenində qeyd olunub.

Bülletendə bildirilib ki, Şamaxı-İsmayıllı seysmoaktiv zonasında Çərəkə (Kgen.=1,003 ş.v.) və Talıstan (Kgen.=1,004 ş.v.) genişlənmə, Girdimançay (Ksıx.=0,992 ş.v.) və Ruşan (Ksıx.=0,997 ş.v.) sıxılma strukturları formalaşıb: "Lakin gərginliyin qiyməti kritik hədd səviyyəsindən kiçikdir və ciddi risk zonası sayılmırlar".

Bülletendə o da qeyd olunub ki, ölkə ərazisinin digər seysmoaktiv zonalarında gərginlik-deformasiya proseslərinin stabil xarakteri müşahidə olunub: "Lokal müşahidələrə əsasən, Abşeron yarımadasının mərkəzində Kgen.=1,002 ş.v. qiymətli genişlənmə gərginlik-deformasiya strukturu xəritələnib. Bu strukturun cənub qanadı Bakı buxtası ocaq zonasını qapayıb. Yarımadanın digər qalan ərazisi isə Ksıx.=0,985-0,999 ş.v. qiymətli sıxılma proseslərinin təsiri altındadır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR