Asiya İnfrastruktur İnvestisiya Bankının yaradılması haqqında Saziş rəsmən qüvvəyə minib

Asiya İnfrastruktur İnvestisiya Bankının yaradılması haqqında Saziş rəsmən qüvvəyə minib
13:13 26 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC 
Pekində Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) rəsmən təsis edilib. Azərbaycan bu bankın təsisçilərindən biridır. AİİB Çinin təşəbbüsü ilə dünyada yaradılan ilk çoxşaxəli maliyyə müəssisəsidir.
AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) maliyyə naziri Lou Civey bildirib ki, AİİB-in yaradılması haqqında Sazişin rəsmən qüvvəyə minməsi bu bankın hüquqi fəaliyyətə başladığını göstərir. AİİB-in rəsmən təsis edilməsi qlobal iqtisadi idarəçilik sisteminin islahatları prosesində mərhələ əhəmiyyəti daşıyan mühüm hadisədir.
Beləliklə, AİİB-in yaradılması haqqında sazişin qüvvəyə minməsi üçün yeni maliyyə strukturunun aksiyalarının azı 50 faiz payına malik sazişi imzalayan ən azı 10 ölkənin onu ratifikasiya etməsi lazım idi.
Bu il dekabrın 25-nə olan vəziyyətə görə, 57 təsisçi ölkənin 17-si artıq bu sazişi ratifikasiya edib və bu barədə sənəd təqdim edib. AİİB-in səhmlərinin 50,1 faizi onların payına düşüb.
Lou Civey bildirib ki, AİİB-in yaradılmasına hazırlıq haqqında plana görə, 2016-cı il yanvarın 16-18-də Pekində bankın fəaliyyətə başlaması münasibətilə mərasim və yığıncaq keçiriləcək. Yığıncaqda tərəflər AİİB-in Direktorlar Şurasının yaradılması və fəaliyyəti məsələlərini müzakirə edəcəklər.
AİİB-in yaradılması təşəbbüsünü 2013-cü ilin oktyabrında ÇXR-in sədri Si Szinpin irəli sürüb. Bir çox ölkələr Çin liderinin təklifini dəstəkləyiblər. 2014-cü ilin oktyabrında Pekində 22 ölkə AİİB-in yaradılmasına hazırlıq haqqında Memorandum imzalayıb, 2015-ci il martın 31-i üçün təsisçi ölkələrin sayı artaraq 57-yə çatıb. Böyük Britaniya, Almaniya və Fransa kimi inkişaf etmiş ölkələr onların sırasındadır. Bu ilin iyunun 29-da Pekində AİİB-in təsis edilməsi haqqında Saziş imzalanıb. Azərbaycan hökuməti adından sənədi maliyyə naziri Samir Şərifov imzalayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Asiya_Infrastruktur_Investisiya_Bankinin_yaradilmasi_haqqinda_Sazis_resmen_quvveye_minib-914612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR