Xırdalan məktəbliləri Həmrəylik Günü ilə əlaqədar Tbilisidə konsert veriblər

Xırdalan məktəbliləri Həmrəylik Günü ilə əlaqədar Tbilisidə konsert veriblər
19:03 26 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 25 dekabr, AZƏRTAC
Bakının Abşeron rayonu Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin kollektivi Gürcüstanda səfərdədir.
Məktəbin şagirdləri Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində konsert proqramı ilə çıxış ediblər. Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsertdə məktəblilər Azərbaycanın xalq və bəstəkar mahnılarını ifa ediblər.
Muzeyin elmi işçisi Leyla Əliyeva tədbirin açılışında deyib ki, dünyanın hər yerində olduğu kimi, bu bayram Gürcüstanda da geniş qeyd olunur. Muzey ilə musiqi məktəbi arasında əldə olunmuş razılığa əsasən bu il Xırdalan məktəbliləri gürcüstanlı gənclər qarşısında çıxış edirlər.
Musiqi Məktəbinin direktoru İkram Manafov deyib ki, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə əməkdaşlıq çərçivəsində Gürcüstanın müxtəlif musiqi məktəbləri və kollektivləri ilə əlaqələr yaradılıb. O, artıq üçüncü dəfədir ki, Gürcüstana səfər etdiklərini, bu səfərin 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə ilə əlaqədar olduğunu bildirib. İ.Manafov səfər çərçivəsində Tbilisidəki musiqi məktəbləri ilə əlaqələr yaradıb musiqimizi təbliğ edəcəklərini diqqətə çatdırıb. Məktəbin kollektivi Xaşuri rayonunda da konsert proqramı ilə çıxış edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xirdalan_mekteblileri_Hemreylik_Gunu_ile_elaqedar_Tbiliside_konsert_veribler-914716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR