Bakı, 26 dekabr, AZƏRTAC
Yaponiyanın "Panasonic" şirkəti 2017-cu ildə Çində elektromobil üçün akkumulyator zavodu açmağı planlaşdırır.
AZƏRTAC gazeta.ru saytına istinadla xəbər verir ki, 50 milyard yen (412 milyon dollar) dəyəri olan layihə Çinin Lyaonin əyalətində həyata keçiriləcək. Zavodda ildə 200 min avtomobil üçün akkumulyatorlar istehsal etmək planlaşdırılır.