“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının əyləncə zonası fəaliyyətini yekunlaşdırıb

00:13 27 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 27 dekabr, AZƏRTAC
“Formula-1” üzrə Avropa Qran-prisi yarışı ilə əlaqədar dekabrın 19-dan başlayan “Son 6 ay” tədbiri çərçivəsində Dənizkənarı Milli Parkda təşkil olunmuş əyləncə zonası dekabrın 26-da fəaliyyətini başa çatdırıb.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən AZƏRTAC-a bildiriblər ki, “Formula-1” azarkeşlərinin böyük marağı, hər gün müxtəlif yaş qruplarını əhatə edən 100 minədək ziyarətçi sayı nəzərə alınaraq əyləncə məkanı dekabrın 27-dək açıq elan olunmuşdu. Lakin yarışın Əməliyyat Şirkəti şəhərin mərkəz hissəsində Yeni İl şənliklərinə hazırlıq işləri ilə bağlı proqramın bir gün tez yekunlaşdırılmasına qərar verib.
Əyləncə zonasında təşkil edilən simulyator oyunları, balacalar üçün rəngarəng əyləncə növləri, əsl “Formula-1” avtomobili və əfsanəvi pilotların muzey eksponatları ilə tanışlıq paytaxt sakinlərinin böyük marağına səbəb olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR