Sumqayıtda ilk uşaq əyləncə mərkəzi istifadəyə verilib

15:23 27 Dekabr 2015
395 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 27 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Yeni il ərəfəsində Sumqayıtda "Fun world” adlı uşaq əyləncə mərkəzi istifadəyə verilib. Şəhərin 9-cu mikrorayonu ərazisində yerləşən mərkəz 3 mərtəbədən ibarətdir.
AZƏRTAC xəbər verir ki, mərkəzin açılışı sakinlərin böyük marağına səbəb olub.
Bildirilib ki, şəhərdə müasir əyləncə mərkəzinin yoxluğu sakinlərin çox vaxt ailəvi olaraq Bakıya üz tutmasına səbəb olurdu. Artıq bu problem öz həllini tapıb. Yeni mərkəzdə uşaqların asudə vaxtlarını səmərəli və maraqlı keçirmələri üçün hər cür şərait yaradılıb. Həm müxtəlif oyun aparatları, həm çeşidli qidalar, həm də əlamətdar və bayram günlərinin qeyd edilməsi üçün banket zalı. Bura əsl ailəvi bir məkandır.
Açılışda iştirak edən hər bir müştəriyə pulsuz kart təqdim edilib. Həmin kart digər günlərdə ödənişlidir.
"Fun world”un qarşısında təşkil edilən konsert proqramı böyük atəşfəşanlıqla başa çatıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitda_ilk_usaq_eylence_merkezi_istifadeye_verilib-914793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR