​Rusiyada iki nəfəri güllələyərək öldürməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb

16:22 27 Dekabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 27 dekabr. REPORT.AZ/ Rusiyanın Smolensk vilayətində 2011-ci ildə Moskvada iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Şübhəli şəxs polis əməkdaşları tərəfindən dekabrın 26-da Rudnya şəhərinin dəmir yolu stansiyasında saxlanılıb.
Mənbənin məlumatına görə, hazırda 29 yaşlı gənc həbs olunub.
İstintaqın fərziyyəsinə görə, saxlanılan şəxs 6 oktyabr 2011-ci il tarixində Varşava şosesində yerləşən "Moskva" kafesində üç tanışını odlu silah ilə güllələyib. Onların hamısı yaralanıb, sonradan ikisi xəstəxanada keçinib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR