Yol polisini öz toyunda idarəyə çağırdılar - VİDEO - FOTO

19:32 27 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Türkiyədə toy mərasimində maraqlı olay baş verib. Yol polisi əməkdaşı olan bəyi radioqəbuledici vasitəsilə idarəyə çağırıblar.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, bəy və gəlin nikah masasına əyləşərkən nikah şahidi olan bəyin iş yoldaşının üzərindəki radioqəbuledici vasitəsilə bəyi çağırıblar. Bəy efirdə öz nömrəsini eşitdikdə təəccüblənib və mərkəzə cavab verməli olub. Bodrumda baş vermiş bu olay toya gələnlərin marağına səbəb olub. Bəyi mərkəzə çağıraraq bir neçə sənədə imza atmalı olduğunu bildiriblər. Bəy isə cavabında bildirib ki, indi onun toyudur və daha önəmli sənədə imza atacaq. Bundan sonra  radioqəbuledici vasitəsilə bəyi təbrik ediblər və nikah baş tutub.

Həmin görüntüləri təqdim edirik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR