Bütün filmləri geridə qoydu

Bütün filmləri geridə qoydu
13:11 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Star Wars" ("Ulduz müharibələri") filminin yeni seriyası 1 milyard dollar gəlir əldə edərək yeni rekorda imza atıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ilk həftədə 500 milyon dollar qazanan filmin 7-ci hissəsi dünya tarixində bu rəqəmə ən sürətlə çatan film olub.

Film ABŞ-da həftə sonunda 153 milyon dollarlıq gəlir əldə edib. Sadəcə Milad bayramı günündə 50 milyon dollar qazanan film həmin günün indiyə qədərki ən böyük rəqəminə nail olub. Filmin aksesuarlarının satışından gələn gəlirin də 10 milyard dolları keçəcəyi gözlənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR